Bakı. Trend:
Türkiyənin Adana şəhərində atışma olub.
Trend xəbər verir ki, naməlum motosikletçilər parkda əyləşən bir neçə nəfərə silahlı hücum təşkil ediblər.
Silahlı insident zamanı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.