Bakı. Trend:
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində “Southern Restaurant & Lounge” restoranın yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Trend xəbər verir ki, yaxınlıqda olan polis əməkdaşları atəş səslərini eşidib hadisə yerinə gəliblər.
Hazırda şübhəli bilinən şəxs saxlanılmayıb, onun şəxsiyyəti müəyyən edilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.