...

Bu ölkədə hava kəskin dəyişdi - Qar yağdı

Dünya xəbərləri Materials 28 Avqust 2023 20:56 (UTC +04:00)
Bu ölkədə hava kəskin dəyişdi - Qar yağdı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrədə qızmar istilərin yaşandığı avqust ayının son həftəsi sərin hava və yağıntılarla başlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 1638 metr yüksəklikdəki Zermatt bölgəsində qar yağıb.

Avqustun 24-də 31,2 dərəcə istiliyin müşahidə olunduğu bölgədə bu gün səhər saatlarında temperaturun 0,5 dərəcəyə düşdüyü deyilir.

Ölkənin cənubunda yerləşən Ticino kantonunda həftəsonundan başlayan güclü yağışlar sürüşmə riski yaradıb. Bölgədə bəzi çaylarda daşqın riskinin olduğu barədə də xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti