Bakı. Trend:
Suriyanın şimalındakı "Fərat qalxanı" bölgəsinə hücuma hazırlaşdığı müəyyən edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Trend Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Suriyanın şimalında terrorçularla mübarizənin aktiv şəkildə davam etdiyi qeyd olunub.