...

Türkiyənin pilotsuz sualtı qayığının ilk missiyası açıqlandı

Dünya xəbərləri Materials 31 Avqust 2023 14:35 (UTC +04:00)
Türkiyənin pilotsuz sualtı qayığının ilk missiyası açıqlandı

Bakı. Trend:

Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət (STM) şirkəti tərəfindən hazırlanan pilotsuz sualtı aparatının ilk missiyası minaların aşkarlanması və məhv edilməsi olacaq.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən bildirilib.

"Birinci mərhələdə əsas məqsəd minaların aşkarlanması və məhv edilməsi üçün istifadə edilə bilən pilotsuz avtonom sualtı qayıq hazırlamaqdır. Prototipin ən geci 2024-cü ilin əvvəlində hazır olması gözlənilir", - deyə məlumatda qeyd edilib.

Məlumata əsasən, STM500 layihəsi "milli sualtı qayıq" mövzusunda Türkiyədə ilk addımdır.

Bundan əlavə, STM500-ün yaxın gələcəkdə təqdimatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti