...

İsrail və ABŞ birgə hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 31 Avqust 2023 17:19 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail və ABŞ yaxın aylarda bir sıra irimiqyaslı hərbi təlimlər keçirəcək.

Trend xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, bu təlimlərdən birində İranın nüvə obyektlərinə hücumun imitasiyası nəzərdə tutulur.

Həmçinin, İsrail və Amerika hərbçiləri eyni anda bir neçə cəbhədə döyüş əməliyyatlarının aparılmasını məşq edəcəklər.

Manevrlərdə iştirak üçün ABŞ-nin İsraildə çoxlu sayda "Patriot" zenit raket kompleksləri və digər növ silahlar yerləşdirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti