Bakı. Trend:
Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov vəzifəsindən azad edilib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Məlumata görə, Qazaxıstanın yeni daxili işlər naziri Yerjan Sadenov təyin edilib.
O bundan əvvəl daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.