...

Bu ölkə Rusiya qazından asılılığını etiraf etdi

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 10:06 (UTC +04:00)

Bakı. Trend:

Rusiyadan qaz almaq mənəvi cəhətdən xoşagəlməzdir, lakin hələlik bundan qaçmaq mümkün deyil.

Trend xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer ORF telekanalına müsahibəsində bildirilib.

O qeyd edib ki, bir nömrəli prioritet enerji təchizatının təhlükəsizliyidir:

"Sistem və istehsal pozularsa, insanların enerji təchizatı dayandırılacaq".

Nehammer vurğulayıb ki, Avstriya artıq 2022-ci ildə Rusiyadan qaz asılılığını azaltmağa başlayıb:

"Hazırda respublika Almaniya və İtaliya vasitəsilə çatdırılmaların genişləndirilməsi üzərində işləyir".

Bununla belə, kansler xatırladıb ki, milli neft-qaz konserni OMV Avstriyaya qaz tədarükü üçün "Qazprom" ilə 2040-cı ilə qədər müqavilələr imzalayıb.

Bundan əvvəl Avstriyanın energetika naziri Leonor Gevessler xəbərdarlıq etmişdi ki, Rusiya təbii qazının Mərkəzi Avropa ölkələrinə tədarükü Ukraynadakı hərbi əməliyyatlar səbəbindən təhlükə altında ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti