Bakı. Trend:
Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı 1-8 oktyabr tarixlərində keçiriləcək.
Trend xəbər verir ki, bu bardə qərar ölkənin bugünkü hökumət iclasında təsdiqlənib.
Məlumata görə, ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsinin artırılması üçün təlimlərə müvafiq nəqliyyat vasitələri də cəlb olunacaq.
Toplanışlar sıravi əsgərlər, gizir və ehtiyatda olan zabitlər arasında keçiriləcək. Ehtiyatda olan hərbçilərin hər bir qrupu 25 təqvim günündən çox olmayan müddətə toplanışa cəlb ediləcək.