Bakı. Trend:
Ermənistan-ABŞ hərbi təlimləri regionda vəziyyətin stabilləşməsinə kömək etməyəcək.
Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu cür təlimlərin keçirilməsi istənilən halda vəziyyətin
stabilləşməsinə və regionda qarşılıqlı etimad mühitinin
möhkəmlənməsinə səbəb olmayacaq", - Kreml nümayəndəsi deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi
ABŞ-Ermənistan birgə təlimlərinin keçiriləcəyi barədə bəyanat
yayıb. Məlumata görə, təlimlər 11-20 sentyabr tarixlərində
Ermənistan ərazisində keçiriləcək.