...

Bayden ölkə tarixində ən korrupsioner prezidentdir - Tramp

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 09:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırkı Amerika lideri Co Bayden iki cümlə belə ardıcıl tələffüz edə bilmir və nə etdiyini başa düşmədiyi üçün ölkə üçün təhlükə yaradır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp bəyan edib.

"Bayden ölkə tarixində ən pis və ən korrupsioner prezidentdir. Digər dövlətlərin liderlərinin dediyi kimi, mənim dediyim kimi, tamamilə səriştəsizdir. O, çox təhlükəlidir, çünki nə etdiyini bilmir. Hətta iki cümləni birləşdirib danışa bilmir. Biz başqalarıyla nüvə silahı ilə oynayırıq və o, nə baş verdiyindən tamamilə xəbərsizdir”, - keçmiş prezident vurğulayıb.

Qeyd edək ki, avqust ayında Tramp etiraf etmişdi ki, Bayden fiziki vəziyyətinin pisləşməsi səbəbindən qarşıdan gələn prezident seçkilərində iştirak edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti