...

Rusiya Aİ ölkələri ilə diplomatik əlaqələri müvəqqəti olaraq dayandırmalıdır - Medvedev

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 13:15 (UTC +04:00)
Rusiya Aİ ölkələri ilə diplomatik əlaqələri müvəqqəti olaraq dayandırmalıdır - Medvedev
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Avropa İttifaqı (Aİ) ölkələri ilə diplomatik əlaqələri müvəqqəti olaraq dayandırmalıdır.

Trend xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında bildirib.

Medvedev bu təklifini Aİ ölkələri tərəfindən Rusiya vətəndaşlarının Aİ-yə şəxsi əşyalarını aparmasına qoyulan qadağa ilə əsaslandırıb.

Avropalı rəhbərləri "irqçi" adlandıran Rusiya Təhlükəsizlik Şurasının sədr müavini diplomatik personalın Rusiyaya geri çağırılmasını təklif edib. Onun sözlərinə görə, bu, Brüsseldə ciddi narahatlığa səbəb olacaq, belə ki, "səfirliklər müəyyən hadisələrdən əvvəl təxliyə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti