Bakı. Trend:
2023-cü ilin avqust ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 12 faiz artaraq, 2 milyon 513 min 164 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 1 milyon 813 min 758 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 699 min 406 nəfər təşkil edib.
Bu ilin avqust ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 27 min 710 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 15 min 567 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 21 faiz artaraq, 11 min 743 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 19 min 139 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 12 faiz dəyişərək 12 min 862, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 6 min 277 olub.
2023-cü ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 143 milyon 207 min 94 nəfər, yük dövriyyəsi isə 2 milyon 745 min 942 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.