Bakı. Trend:
2023-cü ilin yanvar-avqust ayında Türkiyə limanları 58 milyon 268 min 415 ton neft məhsulları qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-əTürkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili neft məhsulları qəbulu 4 milyon 153 min 291 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə neft məhsulları daşınması 54 milyon 115 min 124 ton olub”, - deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2023-cü ilin yanvar-avqust ayında Türkiyə limanlarından transit yolu ilə 27 milyon 425 min 572 ton neft məhsulları daşınıb.
Qeyd edək ki, 2023-cü ilin avqust ayında Türkiyə limanları 33 milyon 374 min 278 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 371 min 122 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 3 min 156 ton olub.
Bununla yanaşı, 2023-cü ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 532 min 586 ton tranzit yük daşınıb.
Məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 260 milyon 582 min 661 ton yük qəbul edib.
2023-cü ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 335 min 755 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 241 milyon 246 min 906 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 46 milyon 593 min 524 ton tranzit yük daşınıb.