...

Türkiyə prezidenti Nyu-Yorkda Gürcüstanın baş naziri ilə görüşüb

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 04:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BBMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlərini davam etdirir.

Trend Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidentinin növbəti görüşü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə olub. Söhbət zamanı Rəcəb Tayyib Ərdoğan əsrin fəlakətindən sonra Gürcüstanın Türkiyəyə verdiyi dəstəyə görə bir daha təşəkkür edib və iki ölkə arasında ticarət həcminin 3 milyard dollardan 5 milyard dollara qədər yüksələ biləcəyini deyib.

Orta dəhlizin həyata keçirilməsinin əhəmiyyətindən danışan Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun tez bir zamanda daha işlək vəziyyətə gətirilməsinin gözlənildiyini bildirib. Prezident Ərdoğan, həmçinin Gürcüstandakı FETÖ məktəblərinin bağlanmasının və aktivlərinin dondurulmasının önəmini vurğulayıb və Gürcüstan rəhbərliyinin bununla bağlı atdığı addımları təqdir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti