...

Ərdoğan NATO baş katibi ilə görüşüb

Dünya xəbərləri Materials 19 Sentyabr 2023 09:54 (UTC +04:00)
Ərdoğan NATO baş katibi ilə görüşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Trend xəbər verir ki, Nyu-Yorkdakı "Türk evi"ndə bağlı qapılar arxasında keçirilən görüş təqribən 50 dəqiqə davam edib.

Türkiyə prezidenti görüşdən sonra sosial media hesabında paylaşım edib.

"NATO baş katibi Yens Stoltenberqlə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyası çərçivəsində bir araya gəldik, gündəmimizdəki regional və qlobal məsələləri qiymətləndirdik. Hər zaman olduğu kimi, NATO-nun missiyalarını ən fəal dəstəkləyən ölkələrdən biri olmağa davam edəcəyik", - Türkiyə prezidentinin paylaşımında deyilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti