Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi ilə BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində görüşüb.
Trend xəbər verir ki, IAEA-nın baş direktoru görüş öncəsi jurnalistlərə Rusiyaya səfər planından danışıb.
Qrossi bildirib ki, daimi dialoq zəruridir və yaxın zamanda Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Qeyd edək ki, IAEA-nın baş direktoru BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici işlər naziri Dmitri Kuleba da görüşüb.
"Vəziyyət tələb edir ki, hər hansı nüvə insidentinin qarşısını almaq üçün hər iki tərəflə daimi təmasda olaq", - o deyib.