Bakı. Trend:
Almaniya və Fransa 2035-ci ildə bazara çıxmalı olan yeni MGCS (Main Ground Combat System - əsas yerüstü döyüş sistemi) tankının hazırlanması üzrə birgə layihənin həyata keçirilməsini sürətləndirmək niyyətindədirlər.
Trend-in məlumatına görə, bu barədə Almaniya müdafiə naziri Boris Pistoriys fransalı həmkarı Sebastian Lekornyu ile görüşü zamanı deyib.
"Biz bu layihəni istəyirik, bu layihənin uğurlu olmasını istəyirik", - deyə Almaniyalı nazir bildirib.
Məlumata əsasən, aviabazada hər iki ölkənin silahlı qüvvələrinin baş qərargah rəisləri yeni tankın imkanlarına dair tələbləri özündə əks etdirən sənəd imzalayıblar