Bakı. Trend:
2023-ci ilin avqust ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 20 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Qeyd olunub ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 14,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 2,2 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin avqust ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (12) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 11,4 milyon türk lirəsi təşkil edib” – məlumatda deyilir.
Qeyd olunub ki, 2023-cü ilin avqust ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 10 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.