Bakı. Trend:
İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki ölkə liderinin telefon danışığında Qarabağ ətrafındakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub. Rusiya prezidenti rus sülhməramlı kontingentinin fəaliyyəti barədə danışıb. Prezidentlər bütün məsələlərin müstəsna olaraq sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həllinin vacib olduğunu vurğulayıblar.
Bundan başqa, Putin və Rəisi İranın BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) təşkilatına qoşulması istiqamətində addımları müzakirə ediblər. İbrahim Rəisi Vladimir Putinə İranın BRİKS-ə qoşulmaqla bağlı müraciətini dəstəklədiyinə görə minnətdarlığını bildirib.