Bakı. Trend:
Çinin “Huawei” şirkəti parametrlərinə görə “Wi-Fi” və “Bluetooth”u üstələyən “NearLink” rabitə sistemi yaradıb.
Trend xəbər verir ki, “NearLink” ənənəvi simsiz qoşulmalarla müqayisədə 60 faiz az enerji sərfiyyatına, altı dəfə yüksək sürətə və 30 dəfə az gecikməyə malikdir. Yeni texnologiya həmçinin 10 dəfə daha çox şəbəkəyə qoşulmağa imkan verir.
Tərtibatçıların fikrincə, “NearLink” smartfon və kompüterlərdən əlavə, məişət elektronikası, ağıllı evlər, elektrik avtomobilləri və sənaye intellektual istehsalında istifadə edilə bilər.
“NearLink” texnologiyası artıq ən son "Huawei Mate 60" smartfonunda tətbiq edilib və "HarmonyOS" əməliyyat sisteminə və digər “Huawei” məhsullarına inteqrasiya ediləcəyi gözlənilir.