...

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir - İsrailin baş naziri (VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Oktyabr 2023 17:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir.

Trend xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” (tvitter) sosial şəbəkə hesabında yazıb.

O, insanların təmkinli və ağıllı davranmalı olduğunu vurğulayıb:

“Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Müharibədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hücuma məruz qalmış icmalarda təhlükəsizliyi və sabitliyi bərpa etməkdir.

İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

xxx

12:56

İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir.

Trend xəbər verir verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib.

O, İsrail vətəndaşlarını əmin edib ki, HƏMAS hücuma görə cavab verəcək.

Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti