...

İran XİN rəhbəri Livana səfər edəcək

Dünya xəbərləri Materials 12 Oktyabr 2023 11:46 (UTC +04:00)
İran XİN rəhbəri Livana səfər edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Livana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində Livan-İsrail sərhədindəki vəziyyət, eyni zamanda, İsrail və HAMAS arasındakı hərbi münaqişə müzakirə ediləcək.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HAMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti