...

Pentaqon rəhbəri İsraildədir

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 11:46 (UTC +04:00)
Pentaqon rəhbəri İsraildədir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsraildə səfərə gəlib.

Trend xəbər verir ki, səfər çərçivəsində onun İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qallantla görüşü nəzərdə tutulub.

Ötən gün Antoni Blinken Təl-Əvivdə mətbuat konfransı zamanı bildirib ki, ABŞ var olduqca İsrail heç vaxt tək qalmayacaq.

Qeyd edək ki, ABŞ İsrailə ilk hərbi yardımını edib. Döyüş sursatlarını daşıyan təyyarə İsrailin Nevatim Hərbi Hava Bazasına eniş edib. Sursatlar dağıdıcı zərbələr endirmək və digər ssenarilər üçün nəzərdə tutulub. Konkret olaraq hansı ssenarilərdən söhbət getdiyi açıqlanmayıb.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti