...

İƏT XİN başçılarının fövqəladə iclası keçiriləcək - BU TARİXDƏ

Dünya xəbərləri Materials 14 Oktyabr 2023 16:00 (UTC +04:00)
İƏT XİN başçılarının fövqəladə iclası keçiriləcək - BU TARİXDƏ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 18-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Toplantıda İsrail-Fələstin münaqişəsi və bölgədə yaranmış son durum müzakirə olunacaq.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti