...

ABŞ-da atışma olub, ölənlər var

Dünya xəbərləri Materials 26 Oktyabr 2023 05:33 (UTC +04:00)
ABŞ-da atışma olub, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən atışmada 22 nəfər ölüb.

Trend xəbər verir ki, kimliyi məlum olmayan şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb.

Atışma restoran, mağaza və əyləncə mərkəzində baş verib.

Yaxınlıqda olan polis əməkdaşları atəş səslərini eşidib hadisə yerinə gəliblər.

Şübhəli şəxs hələ də azadlıqdadır və onun axtarışları davam edir.

Atışma ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti