...

ABŞ-də atışma nəticəsində 5 nəfər ölüb

Dünya xəbərləri Materials 26 Oktyabr 2023 22:51 (UTC +04:00)
ABŞ-də atışma nəticəsində 5 nəfər ölüb

Bakı. Trend:

ABŞ-in Şimali Karolina ştatının Sampson dairəsində atışma nəticəsində azı 5 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalının yerli şöbəsi bildirib.

Məlumata əsasən, hadisə çərşənbə günü axşam saatlarında baş verib. Cəsədlər yerli vaxtla saat 23:41 radələrində aşkar edilib. Atışma nəticəsində dörd kişi və bir qadın ölüb.

Polis atışmanın baş verdiyi evin narkotik alveri üçün istifadə oluna biləcəyinə ehtimal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti