Bakı. Trend:
Banqladeşin paytaxtı Dəkkədə müxalifətin etiraz aksiyası zamanı baş verən toqquşmalarda jurnalistlər və polislər də daxil olmaqla, 50-dən çox insan yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Baş nazir Şeyx Hasinanın istefasını tələb edən aparıcı müxalifət partiyası olan Banqladeş Milli Partiyasının tərəfdarları bir neçə avtomobil və avtobusu yandırıblar. Polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.