...

Messi DÇ-2026-da oynamayacaq?

Dünya xəbərləri Materials 4 Noyabr 2023 12:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün iştirakından danışıb.

Trend xəbər verir ki, 36 yaşlı forvard bunun çətin göründüyünü deyib:

“DÇ-2026-da iştirak edəcəyəm? O zaman mənim neçə yaşım olacağını nəzərə alsaq, bu, çətin görünür. Amma yaşayıb görəcəyik”.

Xatırladaq ki, Argentina millisi son düya çempionatının - Qətərdə keçirilən DÇ-2022-nin qalibidir. Messi isə bu mundialın ən yaxşı fubolçusu seçilib. Həmçinin forvard 4 gün əvvəl "Qızıl top"a layiq görülüb. Bu, Messinin karyerası ərzində qazandığı 8-ci "Qızıl top" olub.

Xəbər lenti

Xəbər lenti