...

Meksikada atışma nəticəsində 3 polis əməkdaşı həlak olub

Dünya xəbərləri Materials 14 Noyabr 2023 03:37 (UTC +04:00)
Meksikada atışma nəticəsində 3 polis əməkdaşı həlak olub

Bakı. Trend:

Meksikanın Zakatekas əyalətində patrul maşınına silahlı basqın nəticəsində 3 polis məmuru həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə ştatının baş katibi Rodriqo Reyes Muqerza məlumat verib.

O, hücumda biri qadın olmaqla 3 polisin həyatını itirdiyini bildirərək bu şəxslərin ailələrinə başsağlığı verib.

Baş katib həmçinin hücum edənlərdən 3-nün öldürüldüyünü də bildirib.

Hücum əmri verənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığını söyləyən Muqerza cinayəti törədənlərin yaxalanması üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti