...

Zəngəzur dəhlizi regionun sülh layihəsi kimi dəstəklənir - Türkiyəli nazir

Dünya xəbərləri Materials 14 Noyabr 2023 17:07 (UTC +04:00)

Bakı. Trend:

Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"Xüsusilə Şərq-Qərb əlaqələrini yaxşılaşdırmaq üçün Mərkəzi Dəhlizin dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə təmin edilib. Bundan əlavə, Xəzər dənizini Türkiyə ilə birbaşa birləşdirəcək Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir”, - deyə o vurğulayıb.

Uraloğlu onu da qeyd edib ki, İnkişaf Yolu Layihəsi vasitəsilə Fars Körfəzi ilə Avropa və Asiya arasında əlaqə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti