...

"Sülh tərəfdarı" Ermənistan yeni silah tədarükçüləri axtarır

Dünya xəbərləri Materials 15 Noyabr 2023 18:08 (UTC +04:00)
"Sülh tərəfdarı" Ermənistan yeni silah tədarükçüləri axtarır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda hakimiyyət təhlükəsizlik sahəsində əlaqələri şaxələndirir, yeni tərəfdaşlar, yeni silah tədarükçüləri axtarır.

Trend xəbər verir ki, bu barədə Ermənistan baş naziriNikol Paşinyan parlamentdə çıxışında bildirib.

"KTMT isə Ermənistanın təhlükəsizliyinə təhdidlərlə bağlı İrəvanın çoxsaylı bəyanatlarına heç vaxt cavab verməyib. KTMT ilə münasibətlər kontekstində fundamental problem təşkilatın Ermənistanda məsuliyyət sahəsini müəyyən etməkdən faktiki imtina etməsidir", - deyə N.Paşinyan əlavə edib.

Göründüyü kimi, beynəlxalq platformalarda çıxışlarında özünü "sülh tərəfdarı" kimi göstərməyə çalışan Ermənistanın əsl niyyəti başqadır. O hər vəchlə bir sıra Qərb ölkələrini Cənubi Qafqaza çəkərək regionda sülh və sabitliyin yaranmasına əngəl törətməyə, gərginlik yaratmağa çalışır. Elə ötən günlərdə sosial şəbəkələrdə Fransanın Ermənistan üçün nəzərdə tutulan hərbi texnikasının Gürcüstan ərazisindən keçərək hərəkətini əks etdirən görüntülər yayılmışdı.

Ermənistan hər nə qədər "sülh tərəfdarı" maskası ilə əsl niyyətini gizlətməyə çalışsa da, reallıqlar və faktlar onun məqsədini ortaya çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti