...

ABŞ-da atışma nəticəsində 4 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 Noyabr 2023 19:08 (UTC +04:00)
ABŞ-da atışma nəticəsində 4 nəfər həlak olub

Bakı. Trend:

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində baş verən atışmada 3 qadın və 13 yaşlı qız həlak olub.

Trend-in məlumatına görə, bu barədə CNN polisə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.

CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.

Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti