...

NATO-nun baş katibi Şimali Koreyanı nüvə və raket proqramlarından imtina etməyə çağırıb

Dünya xəbərləri Materials 23 Noyabr 2023 04:47 (UTC +04:00)
NATO-nun baş katibi Şimali Koreyanı nüvə və raket proqramlarından imtina etməyə çağırıb

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmasını pisləyib.

Trend-in məlumatına görə, NATO-nun baş katibinin bəyanatında qeyd olunub.

"Bu, gərginliyi artırır, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Şimali Koreya ehtiyatsız davranışını dayandırmalı, nüvə və ballistik raket proqramlarından imtina etməli və vicdanlı diplomatiya ilə məşğul olmalıdır", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın addımları BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti