...

İlon Mask 75 milyon dollarını itirə bilər

Dünya xəbərləri Materials 25 Noyabr 2023 17:59 (UTC +04:00)
İlon Mask 75 milyon dollarını itirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Maskın yəhudilər və Yaxın Şərq münaqişəsi ilə bağlı söylədiyi fikirlərdən sonra "X" sosial şəbəkəsi ilin sonuna kimi reklamdan 75 milyon dollara qədər gəlir itirə bilər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlər artıq sosial şəbəkələrdə reklamı dayandırıb və ya bunu dayandırmağı planlaşdırır.

Məlumata görə, siyahıda reklamını tamamilə dayandıran 100 brend var. Onların bir çoxu bu qərarı noyabrın 15-dən sonra Maskın yəhudilər haqqında söylədiyi fikirlərlə bağlı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti