...

Qəzzada atəşkəs iki gün uzadıldı

Dünya xəbərləri Materials 27 Noyabr 2023 20:36 (UTC +04:00)
Qəzzada atəşkəs iki gün uzadıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzzada atəşkəs iki gün uzadılıb.

Trend xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qəzzada “humanitar fasilənin” daha 2 gün uzadılması ilə bağlı razılıq əldə edilib", - nazirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub. Atəşkəsin uzadılacağı təqdirdə, HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcəyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbər lenti

Xəbər lenti