...

İsrail Qəzzada azad edilən 14 girovdan ibarət qrupun Misirə göndərildiyini bildirib

Dünya xəbərləri Materials 30 Noyabr 2023 02:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında HƏMAS tərəfindən girovluqda olan 10 İsrail vətəndaşı və Tailanddan olan 4 nəfər artıq Misirdə və İsrailə doğru hərəkət edir.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri azad edilən girovları Misirə, oradan isə İsrailin "Kerem-Şalom" keçid məntəqəsinə göndəriblər.

İsrailə çatdıqdan sonra keçmiş girovların şəxsiyyəti təhlükəsizlik rəsmiləri tərəfindən yoxlanılacaq. Sərbəst buraxılanların ailələrinə hərbçilərdən bildirişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti