...

Türkiyədə ağır yol qəzası baş verib

Dünya xəbərləri Materials 3 Dekabr 2023 05:18 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə ağır yol qəzası olub.

Trend xəbər verir ki, Türkiyənin Samsun şəhərində Irmaksırtı ərazisində minik avtomobili idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkət edən yük maşınına yandan çırpılaraq yolun qarşı tərəfinə keçib və digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti