Bakı. Trend:
İsrail Qəzza zolağı ilə sərhəddə "Kerem-Şalom" nəzarət-buraxılış məntəqəsini açacaq.
Trend xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirici İdarəsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Qəzza zolağına daxil olan humanitar yardımın həcmini genişləndirmək olub.
"Qəzza zolağına çatdırılan yardımın yoxlanılması imkanlarını genişləndirdik. "Kerem-Şalom" məntəqəsi açıq olacaq, bu səbəbdən yoxlamaların sayı ikiqat artacaq", - məlumatda deyilir.
İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirici İdarəsi, həmçinin, BMT-ni Misirdən "Rafah" nəzarət-buraxılış məntəqəsi vasitəsilə çatdırılan humanitar yardımla bağlı daha operativ fəaliyyət göstərməyə çağırıb. Nəzarət-buraxılış məntəqəsinin nə zaman açılacağı isə qeyd olunmayıb.