Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan siyasi komandasını təmizləmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə erməni KİV hakimiyyətdəki mənbələrə istinadən məlumat yayıb.
"Paşinyan hakim partiyanın üzvü olmayan, partiyanın fikirlərini paylaşmayan və neytral qalmağa cürət edən bütün məmurları ən qısa zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb", - məlumatda deyilir.
Qeyd olunub ki, Paşinyan vəzifəsindən asılı olmayaraq, hakim partiyanın mövqeyini paylaşmayan bütün məmurları - istər təhsil, səhiyyə, idman sahəsində mütəxəssisləri, istərsə də uşaq bağçası və məktəb direktorlarının hamısını - vəzifədən kənarlaşdırmağı tapşırıb.
Məlumatda o da qeyd edilib ki, bir qədər əvvəl 11 uşaq bağçasının direktorunun vəzifədən azad olunmasının əsas səbəbi məhz onların Ermənistanın hakim partiyasının üzvü olmamaları olub.