...

Rusiyada seçkilərə kənardan müdaxilələrin qarşısı sərt şəkildə alınacaq - Putin

Dünya xəbərləri Materials 16 Dekabr 2023 10:26 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada seçkilərə kənardan müdaxilələrin qarşısı ölkə qanunvericiliyinə uyğun olaraq sərt şəkildə alınacaq.

Trend xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya liderləri ilə iclasında deyib.

"Rusiyanın daxili işlərinə istənilən müdaxilənin qarşısı Rusiya qanunvericiliyinə uyğun olaraq sərt şəkildə alınacaq. Hakimiyyət xalqımızın azadlığını, suverenliyini və öz gələcəyini seçmək hüququnu qoruyacaq", - o deyib.

Putin, həmçinin, Rusiyada hakimiyyətin yeganə mənbəyinin məhz xalq olduğunu əlavə edib.

Qeyd edək ki, Rusiya Federal Məclisinin Federasiya Şurası ölkədə prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi barədə qərar qəbul edib. Qərar 162 senatorun lehinə səsverməsi ilə yekdilliklə qəbul olunub. Vladimir Putinin prezidentlik müddəti 2024-cü il mayın 7-də bitir. O, prezident seçkilərində iştirak edəcəyini Kremldə "Vətən Qəhrəmanları Günü" münasibətilə keçirilən mərasimdə açıqlayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti