Bakı. Trend:
Meksikanın Quanaxuato ştatının Salvatyerra şəhərində hotelə silahlı hücum nəticəsində ən azı 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla gecə saatlarında baş verib. Naməlum şəxslər, həmçinin beş avtomobili yandırıblar.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini və təfərrüatını araşdırır.