Bakı. Trend:
Gürcüstanda əlverişsiz hava şəraiit ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Trend xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları"nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb güclü külək nəticəsində dəmir yollarının zədələnməsi olub. Hazırda dəmir yolunda təmas şəbəkəsinin elektrik təchizatı pozulub, Haşuri və Zestafonu arasında Rikotski aşırımı bölgəsində stansiyaların fəaliyyəti dayandırılıb.