...

Tramp ABŞ-ın Men ştatında praymerizdə iştirak etmək hüququndan məhrum edilib

Dünya xəbərləri Materials 29 Dekabr 2023 07:53 (UTC +04:00)
Tramp ABŞ-ın Men ştatında praymerizdə iştirak etmək hüququndan məhrum edilib

Bakı. Trend:

ABŞ-ın Men ştatının Dövlət Katibi Şenna Bellouz Konstitusiyanın 14-cü düzəlişinə əsasən, sabiq prezident Donald Trampı ştatda 2024-cü ildə keçiriləcək praymerizdə iştirak etmək hüququndan məhrum edib.

Trend-in məlumatına görə, bu barədə Men ştatının Dövlət Katibi bildirib.

"Mən bilirəm ki, heç bir Dövlət Katibi 14-cü Düzəlişin üçüncü hissəsinə əsasən prezidentliyə namizədin seçilmək hüququndan heç vaxt imtina etməyib. Bununla belə, mən onu da bilirəm ki, indiyə qədər heç bir prezidentliyə namizəd qiyamda iştirak etməyib", - deyə Ş.Boulz qeyd edib.

O qeyd edib ki, D.Trampın bir neçə ay ərzində öz tərəfdarlarını qızışdırmaq və onları 2020-ci il seçkilərinin və dinc şəkildə hakimiyyət ötürülməsinin sertifikatlaşdırılmasının qarşısını almaq üçün Kapitoliyaya göndərmək üçün seçki saxtakarlığı haqqında yalan məlumatlardan istifadə etdiyini qənaətinə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti