...

Meksikada silahlı hücum: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 30 Dekabr 2023 13:57 (UTC +04:00)
Meksikada silahlı hücum: ölən və yaralananlar var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın Sonora şəhərində silahlı hücum nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sonora prokurorluğu məlumat yayıb.

Məlumata görə, silahlı hücum Meksikanın Kajeme qəsəbəsində bir yığıncaqda baş verib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.

Sonora prokuroru Qustavo Salas Sançes açıqlamasında ölən 6 nəfərdən 5-i barədə həbs qərarı verildiyini bildirib.

Hadisə ilə bağlı istintaq başladılıb. Silahlı hücumun mafiyaarası hesablaşma olduğu ehtimal olunur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti