...

İsrail HƏMAS ilə danışıqların bərpasını müzakirə edib

Dünya xəbərləri Materials 30 Dekabr 2023 15:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbi kabineti Qətərin HƏMAS ilə danışıqları bərpa etmək barədə təklifini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Qeyd olunub ki, yeni razılaşma birinci mərhələdə Qəzzada bir aylıq atəşkəs qarşılığında 40-50 girovun azad edilməsini nəzərdə tutur.

İkinci mərhələnin isə daha mürəkkəb olacağı və ola bilsin ki, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə bağlı olacaq.

Kabinetin müzakirəsində qəbul olunan qərarlar açıqlanmayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti