...

Rusiyada yanğın zamanı bir neçə nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 4 Yanvar 2024 08:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Çuvaşıstan Respublikasında yanğından sonra 9 nəfər - üç uşaq və altı böyük xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi teleqram kanalında məlumat verilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gələnə qədər sakinləri təxliyə edə biliblər, lakin yanıq xəsarəti alıblar və tüstüdən zəhərləniblər. Doqquz nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü uşaqdır”, - məlumatda deyilir.

Hadisə Çuvaşıstanın Kojar-Yandoba kəndində baş verib. Yanğının sahəsi 200 kvadratmetrə yaxın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti