...

ABŞ prezident seçkilərindən sonra NATO-da qalacaq - Stoltenberq

Dünya xəbərləri Materials 17 Yanvar 2024 01:35 (UTC +04:00)
ABŞ prezident seçkilərindən sonra NATO-da qalacaq - Stoltenberq

Bakı. Trend:

ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ NATO-dan çıxmayacaq.

Trend-in məlumatına görə, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.

"30-dan çox dostu və müttəfiqinin olması ABŞ-ın təhlükəsizlik maraqlarına cavab verdiyi üçün ABŞ möhkəm və mühüm müttəfiq olmağa davam edəcək", - deyə Y.Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində bildirib.

O əlavə edib ki, alyansa üzvlük ABŞ-ı daha güclü ölkəyə çevirir və daha çox təhlükəsizliyi təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti