...

Türkiyə ordusunun modernləşdirilməsini dəstəkləyirik - Pentaqon sözçüsü

Dünya xəbərləri Materials 26 Yanvar 2024 20:13 (UTC +04:00)
Türkiyə ordusunun modernləşdirilməsini dəstəkləyirik - Pentaqon sözçüsü

Bakı. Trend:

Türkiyə ordusunun modernləşdirilməsini dəstəkləyirik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bunu Pentaqonun sözçüsü general-mayor Patrik Rayder deyib.

“NATO-nun strateji müttəfiqi olaraq Türkiyə ordusunun təkcə öz vətəndaşlarını qorumaqla yanaşı, həm də NATO alyansının əsas üzvü kimi qabaqcıl imkanlara malik olmasını təmin etmək üçün Türkiyə ilə əməkdaşlığımızı davam etdirmək istəyirik. Yeni nəsil F-16-ların Türkiyə Hərbi Hava Qüvvələrinə üstün bir qabiliyyət qazandıracağına inanırıq və türk ordusunun modernləşdirilməsini dəstəkləyirik",- deyə Rayder bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-a 40 ədəd F-16 "Block 70" döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti