Bakı. Trend:
NATO-nun baş katibi Yens Stoltenberqin namizədliyi Nobel Sülh Mükafatına irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə "Verdens Gang (VG)" qəzeti xəbər verib.
Onun namizədliyini Liberal Partiyasının sədr müavini, Norveçin keçmiş mədəniyyət naziri Abid Raca təklif edib.
"Heç kim Avropada və dünyada sülh və demokratiya üçün son bir ildə Yens Stoltenberq qədər iş görməyib", - deyə A.Raca bildirib.
Qeyd edək ki, Sülh Mükafatı, Alfred Nobelin vəsiyyətinə görə, "xalqların birləşdirilməsində və fəaliyyətdə olan. orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində və onlara diqqətin cəlb edilməsində ən böyük uğur qazanmış və ya digərlərindən daha çox iş görmüş şəxsə verilir."